İran nüvə obyektlərini "beton zireh"ə bürüyür: İsfahan və Taleqanda gərgin iş – ÖZƏL

İran strateji əhəmiyyətli nüvə obyektlərinin təhlükəsizliyini artırmaq üçün tikinti və möhkəmləndirmə işlərini sürətləndirib. 

Olaylar.az xəbər verir ki, "Voyenny Osvedomitel" Telegram kanalının yaydığı məlumata görə, peyk görüntüləri İsfahan və Taleqan komplekslərində genişmiqyaslı müdafiə tədbirlərinin görüldüyünü təsdiqləyir. İsfahandakı dağlıq kompleksdə tunellərin orta və cənub girişləri torpaq qatları ilə örtülərək gizlədilib. İyun zərbələrindən sonra yenidən qurulan şimal girişi isə gücləndirilib və hazırda aktiv istifadə olunur. Ərazidə tunellərin mühafizəsini artırmaq üçün torpaq daşıyan çoxsaylı özüboşaldan maşınlar müşahidə olunur.

Netenz və İsfahandakı fəallıq göstərir ki, Tehran uranın zənginləşdirilməsi ilə bağlı aktivlərin qorunmasını prioritet elan edib.

Taleqan-2 obyektində nüvə silahı komponentlərinin sınaqdan keçirildiyi ehtimal olunan binanın beton sarkofaqla əhatə olunması prosesi yekunlaşmaq üzrədir. Obyekt demək olar ki, tamamilə beton qatına bürünüb ki, bu da onu hava hücumlarına qarşı daha davamlı edir. Kompleksin yaxınlığındakı köhnə HHM postu bərpa edilib, əlavə olaraq iki yeni zenit-raket mövqeyi yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31