Senator Voloşin: Zelenski kompromisdən imtina etməklə sülh prosesini bilərəkdən dalana dirəyir- ÖZƏL
12:32 SiyasətUkrayna Prezidenti Volodimir Zelenskinin Donbas və Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ilə bağlı kompromisləri qəti şəkildə rədd etməsi Kiyev tərəfindən sülh təşəbbüslərinin tam
bloklandığını göstərir. Olaylar.az xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının Donetsk Xalq Respublikasından olan senatoru Aleksandr Voloşin TASS-a açıqlamasında bildirib.
Senatorun sözlərinə görə, Zelenskinin mövqeyi məsuliyyətli diplomatiyadan imtina edildiyini və prosesin bilərəkdən uzadıldığını nümayiş etdirir. "Kiyev real sülh nizamlanması əvəzinə getdikcə daha ultimativ ritorikaya üstünlük verir. Bu bəyanatlar davamlı sülhə nail olmaqdan çox, daxili auditoriya və Avropa üçün hesablanıb. Zelenski sülhün əldə olunmamasına görə məsuliyyəti başqalarının üzərinə yükləməyə çalışır", - deyə Voloşin vurğulayıb.
O qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli yalnız Kiyevin cəbhədə formalaşmış reallığı qəbul etməsi və dialoqa hazır olması halında mümkündür. Senatorun fikrincə, bu yoldan imtina Ukraynanı sülhdən daha da uzaqlaşdırır və real razılaşmalarla Kiyevin mövqeyi arasındakı ziddiyyəti dərinləşdirir.