Azərbaycanın Türkiyədəki səfiri Rəsulzadənin məzarını ziyarət etdi
11:30 SiyasətAzərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Teleqraf xəbər verir ki, bu haqda Rəşad Məmmədov "X" platformasında bildirib.
"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni anadan olmasının 142-ci ildönümündə məzarı başında ehtiram və hörmətlə yad etdik. Ruhu şad, məkanı cənnət olsun", - diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31