Avropanın addımı Moskvanı sınayır, xalqın narazılığı isə sual altındadır - ÖZƏL
15:31 SiyasətYanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞ PA) presedentsiz qərar verib. 2022-ci ildə təşkilatdan çıxarılan Rusiya nümayəndə heyətinin yerinə "Rusiya Demokratik Qüvvələrinin Yeni Platforması" adlı 15 nəfərlik mühacir müxalifət heyəti formalaşdırılıb. Heyətə Vladimir Kara-Murza, Mixail Xodorkovski, Harri Kasparov və digər tanınmış rus müxalifətçiləri daxildir. Beləliklə, AŞ PA-da Rusiyanı rəsmi Moskva deyil, mühacir müxalifət təmsil edəcək və heyət üzvləri rotasiya əsasında dəyişəcək.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Avropa bu addımlar ilə Rusiyaya mesaj verməyə cəhd edir ki, hələ də az və ya çox işləməsindən asılı olmayaraq, beynəlxalq sistem bizim əlimizdədir. Dünya siyasətində əsas mövqelər və diplomatik üstünlüklər bizim əlimizdədir və biz istəsək, Rusiya hakimiyyətini tanımaya bilərik və ya onu qeyri-qanuni hesab edərək, müxalifətdə olanlara Rusiya xalqını təmsil edən real siyasi qüvvə kimi yanaşa bilərik. Bu əslində Rusiyaya verilən açıq bir mesajdır. Beləcə, Avropa dövlətləri çalışırlar ki, Rusiyanın Avropaya doğru gələn təcavüzünün qarşısını bacardıqları qədər məhdudlaşdırsınlar. İndi bu nə qədər uğurlu və effektiv olacaq, təbii ki, sual altındadır və mən düşünürəm ki, Rusiya üçün Avropa dövlətlərinin hansısa qərar qəbul etməsi o qədər də önəm daşımayacaq. Çünki Rusiya öz xarici siyasətini həm dövlət, həm də milli maraqlara uyğun formalaşdırır və sona qədər də bu mövqedən çıxış etməyə davam edəcək.
Rusiyanın daxili siyasətinə və müxalifətə necə təsir edə bilər? Avtoritar rejim mümkün sürdüyü üçün Rusiyada müxalifətin praktiki proseslərə müdaxilə etmək gücü yoxdur. Siyasi cəhətdən müxalifət iqtidara birbaşa olaraq uduzur və Rusiya siyasətində dövlət siyasətinin formalaşmasında ümumiyyətlə müxalifət faktoru görünmür. Nəzərə almaq lazımdır ki, belə şəraitdə Rusiyada müxalifət özü də çox fəal olmayacaq. Birinci səbəb vətənpərvərlik hissidir. İkinci səbəb isə müxalifətin anlayacağıdır ki, belə bir gərgin vəziyyətdə hər hansı anti-iqtidar mövqe və bəyanatlar onların azadlıqdan məhrum edilməsinə, hətta depressiyaya səbəb ola bilər. Ona görə də düşünürəm ki, bu vəziyyət Rusiyada müxalifət üçün ciddi fərq yaratmayacaq. Ola bilər ki, geniş xalq kütlələrində narazılıq artacaq, amma bu da nə qədər önəm kəsb edəcək və ya narazıların sayını nə qədər artıracaq sualı, mənə elə gəlir ki, Rusiya xalqı öz imperial xüslətindən qurtara bilmir və onlar indi sırf hakimiyyətin imperial maraqlara nail olmasını nəzərə alaraq, hansısa inqilab, hakimiyyət dəyişdirmə düşüncəsində deyil".
Zeynəb Mustafazadə