Rusiya Almaniyanın silahsızlanma öhdəliklərini izləyir – ÖZƏL
12:31 SiyasətRusiya Almaniyanın nüvə, bioloji və kimyəvi silahların istehsalı və saxlanılmasından imtina ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməsini diqqətlə izləyir.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Dmitri Lyubinski məlumat verib.
Onun sözlərinə görə, Moskva Almaniya hakimiyyətinin addımlarının, xüsusilə də Almaniya hökumətinin nüvə, bioloji və kimyəvi silahlardan imtinasını təsbit edən "2+4 Müqaviləsi"nə uyğunluğunu ciddi şəkildə monitorinq edir.
Lyubinski qeyd edib ki, hazırda bu sənədin müddəalarından imtina və ya onların yenidən nəzərdən keçirilməsi ilə bağlı açıq çağırışlar müşahidə olunmur.
"Berlinin beynəlxalq öhdəliklərinə əməl etməsi ən yüksək səviyyədə izlənilir və zərurət yaranacağı təqdirdə buna adekvat reaksiya veriləcək", - deyə nazir müavini vurğulayıb.