Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi böyük nüfuz qazanıb, ölkənin inkişafı naminə yeni hədəflərin reallığa çevrilməsi istiqamətində ardıcıl addımlar atıb". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bu gün də YAP-ın fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır və bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlar fonunda Prezident, YAP Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsi bunun bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31