Parlament nümayəndə heyəti Azərbaycanın Oman Sultanlığındakı səfirliyində olub
18:42 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin paytaxtı Məsqət şəhərində Azərbaycan Respublikasının səfirliyində olub.
Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin sədri və parlament nümayəndə heyəti səfirlikdə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Daha sonra Sahibə Qafarova və nümayəndə heyətininüzvləri səfirlik əməkdaşları ilə görüşərək, onlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
Spiker Sahibə Qafarova səfirlikdə xatirə kitabına öz ürək sözlərini yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31