Şahin Bağırovun rütbəsi artırıldı - Üç nəfərə general rütbəsi verildi
18:35 SiyasətDövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, DGK-in sədri Şahin Bağırova "gömrük xidməti general-polkovniki" ali xüsusi rütbəsi verilib.
Bundan başqa, DGK-nin daha üç vəzifəli şəxsinə "gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi verilib:
Fuad Elxan oğlu Məmmədov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Fuad Mikayıl oğlu Aslanov - Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi
Elmir Bahadur oğlu Ramazanov - Bakı Baş Gömrük İdarəsinin rəisi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31