“Qarabağı istəyirsiniz? Meydanlara çıxın!” – Paşinyan xalqı inqilaba çağırdı
15:47 Siyasət"Mən Azərbaycan Prezidentinin qəbul etdiyi bir sıra qərarlara görə məmnunluğumu ifadə etmişəm".
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Azərbaycan ərazisindən Ermənistana taxıl və dizel gəlirsə, yollar blokadadan çıxarılırsa, rəsmi Bakını tənqid etmək əsassızdır. Bu barədə danışmağa ehtiyac da yoxdur, cəzalandırmaqdan isə söhbət gedə bilməz", - o qeyd edib.
Paşinyan bildirib ki, onun üçün Qarabağ məsələsi artıq tam bağlanıb:
"Yeni il müraciətimdə demişdim ki, "Qarabağ bizim idi, artıq bizim deyil" ifadəsi geosiyasi tələyə düşənin sözüdür. Həqiqət budur ki, Ermənistanın Qarabağla bağlı mülkiyyəti olmayıb. Bu mövzunu birdəfəlik bağlamalıyıq, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini tanıyıblar. Bu mövzu mənim üçün qapanıb.
Ermənistan xalqına açıq demişəm ki, Qarabağ hərəkatı davam etməməlidir. Mən, Ermənistan Baş naziri olaraq, hazırkı siyasi xətti davam etdirəcəyəm. Əgər vətəndaşlar hesab edirsə ki, səhv edirəm və bu siyasətlə razı deyillərsə, onları inqilaba çağırıram".