İlham Əliyevin sülh gündəliyi dünya tərəfindən təqdir edilir- ÖZƏL

"Azərbaycan mütləq qələbəsi ilə münaqişənin həll edilməsində nümunəvi təcrübə nümayiş etdirib. Prezident İlham Əliyevin sülh gündəliyi dünya tərəfindən təqdir edilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: "Ermənistanı revanşizmə və regionu yeni qarşıdurmaya sürükləyən cəhdlər iflasa məhkumdur. Buna qadir olan amil Prezident İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyidir. "Zayed İnsan Qardaşlığı Mükafatı"na Azərbaycan Liderinin layiq görülməsi Prezidentin dünyada olan nüfuzundan və Azərbaycan xalqının Şanlı Zəfərinin nümunə olduğundan xəbər verir".
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda görülən işləri öz hesabına həyata keçirdiyini vurğulayan A.Badamov deyib ki, dövlətimiz investorları və qlobal aktorları regiona dəvət edir, quruculuq prosesində əməkdaşlıq ruhunu təşviq edir: "Dünya sanki bir burulğandan keçir. Belə bir vəziyyətdə sabitlik dövlətlər üçün ən böyük sərvət qismində çıxış edir. Bu reallıqlar kontekstində düşmənçiliyə son qoymaq, sülhə nail olmaq və bunu dayanıqlı hala çevirmək hər siyasətçinin bacaracağı iş deyil. Azərbaycan Lideri isə hər zaman olduğu kimi, bu çətin missiyanın da öhdəsindən son dərəcə uğurla gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31