Pensiyalarla yanaşı qiymətlər də artır

Ona görə də real təsiri olan ciddi antiinflyasiya tədbirləri görülməlidir

Ötən ilin ortalarından demək olar ki, hər gün "pensiyaçılara şad xəbər" başlığı altında məlumatlar tirajlanır ki, tezliklə pensiyalar artırılacaq. Lakin cari ilin birinci ayı başa çatmaq üzrə olsa da hələlik  konkret məbləğ müəyyən edilməyib. Məlumdur ki, qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da tezliklə yox, növbəti ilin yanvarında baş verir. 
Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, əmək pensiyalarının hər il indeksləşdirilməsi "Əmək pensiyaları haqqında" Qanunun tələbidir: "Yəni bu, vətəndaşın qanunla müəyyənləşdirilmiş şəkildə haqq etdiyi bir məsələdir. Nəhayət, qanunla müəyyənləşdirilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb. Fevral ayının  birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək. Ona görə 2026-cı ilin pensiya artımları barədə çoxsaylı sualları sistemləşdirərək "Əmək pensiyaları haqqında" Qanunun tələblərinə uyğun olaraq qaldırlan həmin qəbildən olan  məsələlərə aydınlıq gətirirəm. "Əmək pensiyaları haqqında" Qanunun 29-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının  illik artım tempinə uyğun olaraq  indeksləşdirilir. Bu o deməkdir ki,pensiyaların artımı  Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir. Bunu əsaslandırmaq üçün əvvəlcə ondan başlayaq ki, ötən il, yəni 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü  ilin orta aylıq əmək haqqı məbləğinin nominal artım göstəricisinə uyğun olaraq 8,1 faiz  artırılmışdı. Həmin qayda ilə bu il də əmək pensiyaları bu dəfə 2025-ci ildə orta aylıq əmək haqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək. Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əmək haqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 9,3 faiz artıb.Bununla belə rəsmi açıqlamalarda hələlik 9-9,2 faiz arasında artım olacağı barədə fikirlər səsləndirilir.Artımın gerçəkdən neçə faiz olacağı barəda konkret  rəqəm gələn həftə,yəni fevral ayının əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əmək haqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə fevralın əvvəllərində xüsusi prezident cərəncamı verilək. "Pensiya artımlarının konkret məbləği" ilə bağlı sualları sistemləşdirərək təxmin etmək olar ki,indeksləşdirmədən sonra ötən il pensiyaçıların yaraıya qədərinin median pensiya səviyyəsində,yəni 360 manat  ətrafında aldığı pensiyalar təqribən 33 manat artıb 393 manata, 543 manat elan edilən orta pensiya ətrafında pensiya alanların pensiyası isə 50 manat ətrafında artıb 593 manata çatacağı gözlənilir". 

Millət vəkili 2026-ci ildə nəzərdə tutulan pensiya artımlarının kimlərə şamil olunacağı barədə suala cavab olaraq  bildiririb ki,"Əmək pensiyaları haqqında" Qanunun tələbinə uyğun olaraq  pensiya artımı əmək pensiyalarının hər üç növünə, yəni yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara şamil ediləcək. Bu əsasda pensiya artımının 1,1 milyon pensiyaçını əhatə edəcəyi gözlənilir: "Niyə pensiyaçılar bu ilin yanvar ayında pensiyalarını artımla ala bilmədilər" və ya "Pensiyaçılar artan pensiyalarınə nə vaxt ala biləcək" kimi suallara cavab olaraq bildiririk ki, hələ 2025-ci il üzrə əmək haqqının orta illik artım göstəricisi məlum olmadığından, pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məblığdə pensiya aldılar.Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla yanvar-fevral ayları üzrə artan məbləği birlikdə fevral ayında alacaqlar.Yəni pensiyası 400 manat olan pensiyaçının pensiyası 37 manata yaxın artaraq  437 manata çatacaq.Amma o fevralda həm yanvar və həm də fevral ayının artmlarını birlikdə almaqla 474 manat alacaq.Növbəti aydan,yəni martdan  başlayaraq isə 437 manata yaxın  pensiya alacaq.

"Vətəndaşların fərdi hesabında olan pensiya kapitalının nə qədər artacağı" barədə suallara cavab olaraq bildiririk ki,"Əmək pensiyaları haqqında" Qanunun  29.1-1 maddsinin tələblərinə görə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə  istehlak qiymətləri indeksinin,yəni inflyasıyanın illik səviyyəsinə uyğun olaraq  indeksləşdirilir.Bu əsasda ötən il,yəni 2025-ci ildə fərdi şəxsi hesablardakı pensiya kapitalları rəsmi inflasiya göstərici kimi qeydə alınmış 2,2 faiz səviyyəsində indeksləşdirilərək artırılmışdı.Sözügedən  qanuna əsasən,2026-cı ildə  sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2025-ci ilin rəsmi  inflyasiya göstəricisi səviyyəsində indeksləşdiriləcək.Bu rəqəm artıq məlumdur: 2026-cı ildə  sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 5,6 faiz səviyyəsində indeksləşdiriləcək. Hazırda minimum məbləğdə,yəni 320 manat  pensiya təminatı üçün  minimum 46080 manat  pensiya kapitalı və ya 25 il iş stajı(2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) tələb olunur.Yəni fərdi hesabında minimum 46080 manat  pensiya kapitalı olan və minimum pensiya alan vətəndaşın vəsaiti bu il  2580 manat artırılıb 48660 manata,fərdi hesabında 60 min manat olan pensiyaçının vəsiti- 3360 manat artırılaraq   63360 manata çatacaq və sair. 
     
Beləliklə bu il  əmək pensiyalarında artım 9 faiz ətrafında, vətəndaşların fərdi hesabında olan pensiya kapitalının artımı isə 5,6 faiz olacaq.Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Pensiyaların hər il indeksləşdirilərək artırılması yaxşı haldır. Amma bu, məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi isə açıq qalmaqda davam edir. Çünki  pensiyalarla yanaşı, qiymətlər də artır. Ona görə də real təsiri olan ciddi antiinflyasiya tədbirləri görülməlidir ki, pensiya artımları inflayasiyanın "yeminə" çevrilməsin,pensiyaçının əvvəlkindən bir qədər əlavə ərzaq, dava-dərman və s. almasını mümkün etməklə, onların həyatına real surətdə bir qədər müsbət təsir göstərə bilsin".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31