David Ananyan: "Məğlubiyyət simvolu ilə danışıqlar aparılmır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, "Birliyin qanadları" təşəbbüsünün üzvü David Ananyan, Yanvarın 28-də "Yerablur" panteonunda jurnalistlərə müsahibəsində Baş nazir Nikol Paşinyanın son bəyanatlarını kəskin tənqid edib.

Ananyan bildirib ki, hazırkı hakimiyyətin uğursuzluğu Ermənistan dövlətinin uğursuzluğu demək deyil. Onun sözlərinə görə, fərqli bir rəhbərlik və ya danışıqlar aparan şəxs olsaydı, ölkə tamamilə fərqli nəticələr əldə edə bilərdi.

Ananyan qeyd edib ki, beynəlxalq arenada "məğlubiyyət simvolu" kimi qəbul edilən şəxslərlə ciddi danışıqlar aparılmır və onlara fərqli münasibət bəslənilir.
Paşinyanın "beynəlxalq tərəfdaşlar KTMT-yə görə bizə silah satmırdı" arqumentinə toxunan eks-məmur, bu cür bəyanatların artıq heç bir dəyəri olmadığını vurğulayıb.

"Biz gələcəkdən danışırıq və bizim təsəvvür etdiyimiz gələcəkdə həmin şəxs (Paşinyan) yoxdur," - deyə Ananyan əlavə edib.

Xatırladaq ki, bu gün Ermənistanda ordunun qurulmasının 34-cü ildönümü qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31