Belarus Qərbin militarizasiyası fonunda strateji çəkindirməyə üstünlük verir-

Qərb ölkələrinin artan militarizasiyası şəraitində Belarus hakimiyyəti strateji çəkindirmə siyasətinə diqqət yetirir. Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç məlumat verib.
Onun sözlərinə görə, Belarus qonşu dövlətlərin ərazilərində hərbi fəallığın, aqressiv siyasətin və hərbi mövcudluğun artdığını müşahidə edir və bu prosesləri diqqətlə izləyərək müvafiq addımlar atır. "Belarus strateji çəkindirmə və ölkə ərazisində çəkindirici silahların yerləşdirilməsinə üstünlük verir. Buraya taktiki nüvə silahı, qısa mənzilli operativ-taktiki Oreşnik raket kompleksi və əsas məqsədi aqressiyanın qarşısını almaq olan digər vasitələr daxildir", - deyə Volfoviç BelTA agentliyinə bildirib.
Təhlükəsizlik Şurasının dövlət katibi qeyd edib ki, Qərbi Avropa ölkələrinin böyük ambisiyaları var: onlar Avropada dominant mövqe tutmaq, digərlərindən üstün olmaq və öz şərtlərini diktə etmək istəyirlər. Volfoviçin fikrincə, bu ölkələr militarizasiya planlarını guya şərqdən - Rusiya və Belarusdan gələn təhdidlərlə əsaslandırmağa çalışırlar. "Bu, tam absurddur və onlar bunu özləri də yaxşı anlayırlar. Lakin xalqları qarşısında ambisiyalı məqsədlərini əsaslandırmaq üçün buna ehtiyac duyurlar", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31