Ölkədə nüfuz sahibi olan şəxslərə qarşı yönəlmiş kampaniya təsadüfi deyil- ÖZƏL
14:15 Siyasət"Ölkəmizə və ölkədə nüfuz sahibi olan şəxslərə qarşı yönəlmiş bu yeni kampaniya təsadüfi deyil. O, məqsədli, planlı şəkildə, konkret tapşırıqlar və verilmiş əmrlər əsasında əsasında həyata keçirilib. Bu prosesin bilavasitə ölkə daxilində xaricdən idarə olunan, kənar iradənin göstərişlərini icra edən siyasi meyidlərin zərərsizləşdirilməsi və siyasi təmizlik mərhələsinə keçidlə bağlı qəti qərarın verilməsindən sonra formalaşıb. Yeni dünya çağırışlarının sürətlə dəyişdiyi mövcud geosiyasi kontekstdə qəbul edilən kəskin və gərgin siyasi qərarların isə bəzi siyasi dairələri ciddi şəkildə sarsıtdığı və təşvişə saldığı aydın görünür. İstər beynəlxalq münasibətlərdə, istərsə də daxildə planlaşdırılan, gələcək perspektivdə ölkəmizin siyasi şanını və şöhrətini daha yüksəklərə qaldırmağa hesablanan idarəetmə metodu dövlətimizə qarşı çirkin kampaniyaların yeni, iyrənc bir mərhələyə keçməsinə səbəb olub". "Olaylar" xəbər verir ki, bunu "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, Siyasi ekspert - Ramil Hüseynov deyib: "Dövlətin nüfuzu yalnız iqtisadiyyatla yox, həm də siyasi sabitlik, təhlükəsizlik, beynəlxalq nüfuz və mövqe, eləcə də sosial inkişafla ölçülür. Dövlət idarəçiliyimizin daha çevik və institusional xarakter alması, rəqəmsallaşdırma və xidmətlərin modernləşdirilməsi, sivil dünya toplumu və dərin təfəkkürə malik dünya gücləri ilə müvafiq inteqrasiya, eləcə də dövlətin strateji planlamasının məqsədyönlü aparılması imkanlarımızın daha məqsədli və milli maraqlara uyğun şəkildə həyata keçirilməsinə şərait yaradıb. Təbii ki, bu proses regionda və regiondan kənar qüvvələrin narahatlığına səbəb olub və bütün mənəvi cəhətdən deqradasiyaya uğramış şəxslərdən bu ciddi uğurlara zərbə vurmaq üçün şərəfsizcəsinə istifadə edirlər. Bu gün atılan addımlar və hesablanan siyasi strategiyamız gələcəkdə ölkəmizin daha qüdrətli inkişafı, eləcə də xalqımızın rifahı naminə atılan addımlardır və onların qarşısını almağa cəhd edən həmin qüvvələr milli və mental dəyərlərimizə zidd, şəxsiyyətsizlik sindromuna yoluxmuş müəyyən məxluqlardan istifadə edirlər.
2020-ci ildən etibarən yeni geosiyasi reallıqlar yaradan diplomatiyamız və həmin diplomatiyanın arxasında dayanan müdrik xalqımızla şanlı ordumuz dövlət suverenliyimizi bərpa etdi. Eyni zamanda möhkəm və sarsılmaz, əzəmətli bir həmrəylik və milli birlik yaratdılar ki, bu da bizi istəməyən qüvvələrin ciddi narahatlığına səbəb olmaya bilməz. Regional aktor kimi daha fəal olan Azərbaycan və onun mütərəqqi siyasəti xalqımızın layiq olduğu bütün mütərəqqi addımları atacaq və planlaşdırdığı bütün siyasi aksiyaları həyata keçirəcək.
Biz daha güclüyük, daha böyük, daha müstəqil, daha azad və daha suverenik. Bu böyük düşüncənin, bu sərrast diplomatiyanın, bu müdrik xalqın qarşısında siz əziləcəksiniz və yox olacaqsınız bundan əmin olun. Dəmir yumruq indi daha möhkəmdir! Daha güclüdür! Daha qətiyyətlidir! Daha prinsipialdır!"