Əraqçi: İran son günlərdə ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə əlaqə saxlamayıb

İran nümayəndələri son günlərdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqə saxlamayıb və danışıqların keçirilməsi ilə bağlı müraciət etməyiblər. Olaylar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib. "Son bir neçə gün ərzində mənimlə Uitkoff arasında heç bir əlaqə olmayıb. Biz danışıqlar üçün müraciət etməmişik", - deyə Əraqçi Mehr agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran bəzi ölkələrlə vasitəçi qismində təmaslar saxlayır: "Əlbəttə, vasitəçilik edən və bizimlə məsləhətləşən ölkələr var, biz onlarla əlaqədəyik".
Qeyd edək ki, yanvarın 21-də Stiv Uitkoff CNBC telekanalına müsahibəsində ABŞ-nin İranla rəsmi danışıqlar aparmadığını, lakin tərəflər arasında müəyyən təmasların olduğunu bildirib. O vurğulayıb ki, onun fikrincə, Tehranla razılaşma əldə olunmalıdır, əks halda bu vəziyyət bütün dünya üçün "yaxşı günlər vəd etməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31