Paşinyandan Azərbaycanla bağlı ORDU AÇIQLAMASI

Ermənistan Azərbaycanla müharibəyə hazırlaşmır.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ordu Günü ilə bağlı müraciətində bildirib.

"Müharibə olmayacaq. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur", - Paşinyan deyib.

O əlavə edib ki, Ermənistan ordusunu gücləndirməyə davam edəcək, çünki "güclü ordusu olmayan ölkə zəifdir və aqressiyaya məruz qalmaq riski daşıyır".

Baş nazir həmçinin KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Ermənistanın dövlətçiliyini və suverenliyini məhv etmək niyyətində ittiham edib.

"2022-ci ilin sentyabr ayına qədər KTMT-dəki tərəfdaşlarımız təhlükəsizliyimizi və Ermənistan Respublikasının ərazi bütövlüyünü təmin etmək üzrə müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edirdilər. Onlar həmçinin Ermənistan Respublikasının artıq ödədiyi yüz milyonlarla dollar dəyərində silah və texnika tədarük etməkdən imtina etdilər.

Bu, Ermənistan üçün ekzistensial təhlükə yaradırdı və açıq-aşkar görünürdü ki, bizim dövlətçiliyimizi məhv etmək və suverenliyimizi ləğv etmək qərarı qəbul olunmuşdu.

Bu ölümcül təhlükə iki əsas hadisə nəticəsində aradan qaldırıldı: 2022-ci il oktyabrın 6-da Praqada dördtərəfli formatda əldə edilən siyasi razılaşmaya əsasən, Ermənistan Respublikası və Azərbaycan Respublikası 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və Ermənistanın KTMT-dəki üzvlüyünün dondurulmasını nəzərdə tutur", - deyə news.am Paşinyanın sözlərini sitat gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31