Abbas Abbasovun evində axtarış aparıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan sabiq PA rəhbəri "Ramiz Mehdiyev İşi" üzrə cinayət məsuliyyətinə cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb.

Abbas Abbasovun Bakıda bağ evində və əsas yaşadığı mənzilində aparılan axtarışda onun ailə üzvləri iştirak edib.

Bildirilir ki, Abbas Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülüb. (Gununsesi.info)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31