Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamladı
10:00 SiyasətABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb.
Trend xəbər verir ki, bu barədə təşkilatın "X" sosial şəbəkə hesabında paylaşılan açıqlamada bildirilib.
"Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də həmin tədbirdə iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31