Gömrük tarifləri 600 milyard dollar gəlir gətirdi - Donald Tramp
09:57 SiyasətABŞ Prezidenti Donald Tramp ölkəyə tətbiq olunan gömrük tariflərinin təxminən 600 milyard dollar gəlir gətirdiyini bildirib.
Trend xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.
Prezident deyib: "Tariflər uğur üçün vacibdir. Biz 600 milyard dollarlıq tarif gəliri əldə etmişik."
O əlavə edib ki, əgər ABŞ Ali Məhkəməsi tarif tədbirlərini etibarsız hesab edərsə, administrasiya onların əvəzini tapacaq.
Xatırladaq ki, Tramp 2025-ci il aprelin 2-də 185 ölkədən idxal olunan məhsullara tariflər tətbiq etdiyini elan etmiş, daha sonra isə bəzi ölkələrdən gətirilən mallara tarif dərəcələrində dəyişikliklər edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31