Barrot: Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini dəstəkləyir
19:00 SiyasətFransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
Olaylar.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.
Fransa xarici işlər naziri vurğulayıb ki, sərhədlərin açılması hər iki dövlətin suverenliyi çərçivəsində regional təsirin gücləndirilməsi, regionun çiçəklənməsi və hər kəsin rifahı üçün son dərəcə vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31