Azərbaycanın iqtisadi potensialının təqdimatı mühüm əhəmiyyət kəsb edir- ÖZƏL
14:48 Siyasət"Prezident İlham Əliyevin Davos Forumunda aparılan ikitərəfli görüşlər Azərbaycanın iqtisadi potensialının təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Dövlət başçısının beynəlxalq maliyyə institutlarının, transmilli şirkətlərin rəhbərləri ilə görüşləri çərçivəsində ölkədə aparılan struktur islahatları, qeyri-neft sektorunun inkişafı, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində yaradılan imkanlar diqqətə çatdırılıb. Azərbaycanın sabit makroiqtisadi göstəriciləri, əlverişli biznes mühiti və strateji coğrafi mövqeyi xarici investorlar üçün cəlbedici faktorlar kimi təqdim olunub və bu, Davos platformasında ölkəyə olan marağı daha da artırıb.
Bu baxımda da Prezident İlham Əliyevin 2026-cı il Davos Dünya İqtisadi Forumunda iştirakı Azərbaycanın yalnız regional deyil, eyni zamanda qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir. Forum çərçivəsində səsləndirilən mövqelər, aparılan müzakirələr və qurulan əlaqələr Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, milli maraqlarının qorunmasına və uzunmüddətli inkişaf strategiyasının təşviqinə xidmət edir".