Azərbaycan praqmatik və hesablanmış siyasət yürüdür- ÖZƏL
12:19 Siyasət"Prezident İlham Əliyevin Davos müsahibəsində regional sabitlik və sülh məsələləri də ön planda yer aldı. Dövlət başçısı Cənubi Qafqazın mürəkkəb geosiyasi mühitə malik olduğunu qeyd edərək, təhlükəsizlik məsələlərinin Azərbaycanın siyasətində prioritet təşkil etdiyini bildirdi. Bu yanaşma ölkənin məsuliyyətli regional aktor kimi çıxış etdiyini göstərir". "Olaylar" xəbər verir ki, bunu Respublikanın "Əməkdar mədəniyyət işçisi, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini Gülsarə Abbasova deyib: "Azərbaycanla Ermənistan arasında sülh istiqamətində atılan addımlar regionda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, əməkdaşlıq mühitinin formalaşması uzun illər davam edən qarşıdurmadan sonra real imkanlar yaradır. Bu proses Cənubi Qafqazda davamlı sülhün əsasını qoya bilər.
Dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan emosional yanaşmalardan uzaq, praqmatik və hesablanmış siyasət yürüdür. Bu xüsusilə Avropa institutları ilə münasibətlərdə özünü göstərir. Qarşılıqlı əlaqələr artıq daha çox praktik əməkdaşlıq çərçivəsində inkişaf edir.
Ümumilikdə, Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər Azərbaycanın regional və qlobal proseslərdə sabitlik, inkişaf və sülh tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan yeni dünya nizamında passiv mövqe tutmur, əksinə, öz maraqlarını qoruyan və təşəbbüslərlə çıxış edən müstəqil aktor kimi çıxış edir".