Paşinyanın qorxu sindromu dərinləşir – telefonlar belə qadağan olunur – ÖZƏL

Müharibədən sonra Nikol Paşinyanın qorxuları azalmaqdansa, əksinə, gündən-günə artmaqda davam edir. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazır.

Nəşrin məlumatına görə, Paşinyanın hərəkət marşrutları zamanı təkcə geniş polis qüvvələri deyil, həm də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunur, təhlükəsizlik tədbirləri maksimum səviyyədə gücləndirilir. Hətta öz komanda üzvləri ilə keçirilən görüşlərdə belə ciddi təhlükəsizlik qaydaları tətbiq edilir, iştirakçıların mobil telefonları toplanır.

Qəzet yazır ki, məsələ təkcə Paşinyanın komandasına etimadsızlığı ilə bitmir, komanda üzvləri də ona etibar etmir. Hökumət üzvlərindən birinin bildirdiyinə görə, bir müddət əvvəl onlara Nazirlər Kabinetinin iclaslarına mobil telefon gətirməmək tapşırılıb. İclas iştirakçılarının telefonları binanın girişində xüsusi kilidli qutulara yığılır.

Lakin hökumət üzvlərinin əksəriyyəti bu qutulara və Paşinyanın özünə güvənmədiyi üçün telefonlarını avtomobillərində saxlayır. Mənbənin sözlərinə görə, onlar bu müddətdə telefonların dinlənilə və ya açılıb yoxlanıla biləcəyindən ehtiyat edirlər.

Nəşr qeyd edir ki, heç kim Ovik Aqazaryanla bağlı baş vermiş hadisəni unutmayıb və heç kim baş nazirin dürüstlüyünə ümid etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31