COP17: Ermənistan Azərbaycana rəsmi dəvət göndərəcək

Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.

Onun sözlərinə görə, BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq.

Qeyd edək ki, COP17 bu il oktyabrın 18-30-da Ermənistanda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31