İqtisadi suverenlik Azərbaycanın suverenliyinin bütün digər formalarının əsasını təşkil edir
13:26 SiyasətDünyada irili-xırdalı 5 mindən artıq xalq yaşayır. Onların yalnız 200-ün ətrafında sayda olanı öz dövlətlərini yarada biliblər. Bu siyahıda Azərbaycanda yaşayan xalqların da imzasının olması çox böyük tarixi nailiyyətdir. Bu da xüsusi haldır ki, bugünkü elmi-praktiki konfransın iştirakçıları arasında Azərbatcanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə müstəqilliyinin bərpa edilməsinin konseptual əsaslarının işlənib hazırlanmasına və həm də ona real məzmun verilməsinə töhfə verən insanlar da iştirak edir.Biz o vaxtlar işlərib hazırladığımız İqtisadi Müstəqillik Konsepsiyasının əsas maqamlarını "İqtisadi müstəqillik: xəyal, yoxsa həyati zərurət?" başlığı altında 1990-cı ilin 2 sentyabrında həmin vaxtlar çox populyar olan "Səhər" qəzetində dərc etdirə bildik.Bu sənəd müsbət qarşılandı və 18 oktyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının işlənib hazırlanması və müzakirələrində istifadə olundu.
Sovetlər Birliyinin dağılması ərəfəsində açıqlanan araşdırmalarda SSRİ-nin 15 respublikası arasında müstəqil yaşamağa qadir olanlardan danışılanda, Rusiyadan əlavə daha çox Azərbaycann adı çəkilirdi.Amma reallıq göstərdi ki,müstqilliyi qoruyub saxlamaq və ona real məzmun vermək, müstqilliyə nail olmaq kimi çox çətin bir məsələdir.Doğrudan da biz müstəqilliyimizə real məzmun verilməsi yolunda işğal nəticəsində 20 faiz ərazimizlə yanaşı, iqtisadi potensialımızın 15 faizdən çoxunu itirilməsindən -2023-cü ilin 19-20 sentyabrında iki əsrdən çox davam edən bir problemi həll etməklə, tariximizə İKİ ƏSRƏ BƏRABƏR ŞƏRƏFLİ BİR GÜN yazmağa,eləcə də süverenliyimizin təntənəsi olan BÖYÜK QAYIDIŞA qədər çox mürəkkəb bir yol keçmişik.
İqtisadi suverenlik Azərbaycanın suverenliyinin bütün digər formalarının əsasını təşkil edir. Azərbaycan siyasi müstəqillik əldə etmiş olsa da, müstəqilliyin ilk illərində Rusiyann əsas rol oynadığı postsovet məkanının inteqral tərkib hissəsi olmaqda davam edirdi. Ona görə də siyasi müstəqillik əldə etmiş Azərbaycan, hər şeydən əvvəl, özünün iqtisadi müstəqilliyinə nail olmalı idi ki,siyasi suverenliyini əbədiləşdirə bilsin.Siyasi baxımdan müəyyənləşmiş sərhədlərlə yanaşı,ölkəmizin iqtisadi sərhədləri də müəyyənləşməli idi.Bundan ötrü milli valyuta-manat dövriyyə buraxıldı. Gömrük sistemi formalaşdı.Başda Mərkəzi Bank olmaqla ikipilləli bank sistemi yaradıldı və iqtisadi sərhədlərin müəyyələşməsində rol oynayan digər tədbirlər həyata keçirildi.
Müasir dünyada ölkənin maliyyə suverenliyi onun rifahının və müstəqilliyinin formalaşmasında əsas rol oynayır.1994-cü il sentyabrın 20-də yeni neft strategiyasının reallaşmağa başlaması maliyyə süverenliyimizin təmin olunmasında mühüm rol oynadı. 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı.Bu Fondun vəsaiti ilə iqtisadi müstqilliyimizə real məzmun verilməsi üçün çox zəruri olan bir sıra iqtisadi,infrastruktur və sosial xarakterli layihələr həyata keçirildi.Bununla yanaşı dövlət həm sərmayə qoyuluşu imkanlarını artırmaq və həm də sosial öhdəliklərinin yerinə yetirilməsində Neft Fondu mühüm rol oynayır.Beynlxalq kondekstdə isə Azərbaycan özünün neft strategiyası ilə XXI əsrin qlobal energetika siyasətinə önəmili korrektələr verə bildi və bu da müstəqilliyimizə real məzmun verilməsində özünəməxsus rol oynadı.
Azərbaycan İkinci Qarabağ müharibsində qələbə çaldıqdan sonra regionda yeri situasiya yaradıb.Müasir mərhələnin qarşıya qoyduğu yeni vəzifələr,o cümlədən süverenliyimizn hər bir vətənaşımızn rifahi ilə tamamlanması işinin sürətləndirilməsi məsələsi müstəqilliyimizə real məzmun verilməsi məsələsinə də baxışın elmiliyinin artırılmasını obyektiv zərurətə çevirib.Bu baxımdan postmüharibə mərhələsinin çağırışlarına daha dolğun cavab verməkdən ötrü, digər şərtlərlə yanaşı həm də İqtisadi Təklükəsizlik Konsepsiyası hazırlanmalı və yeni dövrün reallıqlarına uyğu surətdə tətbiq edilməlidir.Bu yöndə orta perspektivdə iqtisadi təhlüksizliyin meyarları kontekstində bu məsələlər dərindən araşdırılmalı müvafiq tədbirlər görülməlidir:
1.İqtisadi artım templərimizi hazırkı 1,3 faizdən qlobal artım tempi səviyyəsinə və oradan da 5 faizin üstünə qaldırmaqla ötən il 7,3 min dolların ətrafında olan adambaşına ümumi daxili məhsul göstəricilmizi orta perspektivdə qlobal orta göstərici səviyyəsinə çatdırmaq və onu ötmək.
2.İnvestisiyaları ÜDM-in hazırkı 14 faizi səviyysindən 25 və ondan da yüksək səviyyəyə çatdırmaq və önun şəffaf və öz təyinatına görə səmərəli istifadəsini təmin edilmsinin dairəsini genişləndirmək..
3.Sənayedə emal sənayesinin payını hazırkı 30 faizdən mərhələlərlə 70 faizə qaldırmaq və əzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində nəticəliliyi yaxşılaşdırmaq,eləcə də sənaye istehsalında qabaqcıl texnologiyaya əsaslnan və elmtutumlu məhsul istehsalının payını artırmaq.
4.Neft gəlirlərinin insan kapitalına çevrilməsini sürətləndirmək.Son illər təhsilə ayrılan vəsaitin 80 faizindən,Elmlər Akademiyasına ayrılan vəsitin 90 faizindən çoxu əmək haqqına yönəlir.Amma hələ də həmin sahələrdə əmək haqqı ölkə üzrə orta əmək haqqından aşağıdır.Belə şəraitdə elmin və təhsilin maddi-textiki bazasını müasir tələblərlə ayaqlaşdırmaq səviyyəsinə çatdırmaqvə elmin inkişafını təşviqləndirmək mümkün deyil. Ona görə də köklü islahatlar keçirmək və dəqiq hədəflər müəyyənləşdirmək şərti ilə elmə ayrılan vəsitin, şəffalığı təmin etməklə, həcmini son illər förmalaşmış ÜDM-in 0,2 faizi, yəni iqtisadi təhlükəsizlik meyarı baxımından kritik hesab olunan həddən 10 dəfə aşağı olan səviyyəsini, əvvəlcə ÜDM-in 1 faizin ətrafına, sonra isə mərhələrlə 2 faizə çatdırmaq,elmin prakrikaya tətbiqinin genişləndirilməsi və məhsuldan qüvvüəyə çevrilməsi işini sürətləndirmək.
5. Yerli istehsalın hərtərəfli inkişafını təmin etmək və bu əsasda daxili istehlakda idxalın,o cümlədən ərzaq idxalının payını mərhələlərlə 25-30 faizin altına salmaq və ekoloji cəhətdən təmiz məhsul istehsalının genişləndirilməsinə hərtərəfli şərait yaratmaq.
Əli Məsimli
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnsitutunun rəhbəri