Delsi Rodrigez: Venesuela ABŞ-nin 51-ci ştatı olmayacaq
21:45 DünyaVenesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez jurnalistlərə bildirib ki, ölkəsi ABŞ-nin 51-ci ştatı olmaq istəmir.
Olaylar.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.
Prezident Donald Trampın Venesuelanı ABŞ-nin 51-ci ştatı kimi görmək istəməsinə dair açıqlamasına cavab olaraq Rodrigez qeyd edib ki, ölkəsi suverenliyini, müstəqilliyini davam etdirəcək: "Venesuela müstəmləkə deyil, azad bir ölkədir".
Daha əvvəl, "Fox News"a açıqlamasında Donald Tramp Venesuelanı ABŞ-ın 51-ci ştatı etmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31