Arif Babayevin oğlu Prezidentə təşəkkür etdi
1 Avqust 14:34 SiyasətXalq artisti, muğam ustadı Arif Babayevin oğlu Yaşar Babayev vida mərasimində çıxış edərək Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Olaylar.az xəbər verir ki, o, atasının həyatdan xoşbəxt köçdüyünü deyib:
"Həkimlərimizə, dövlətimizin başçısına təşəkkürümü diqqət və qayğı ilə çatdırıram. Atam həyatdan xoşbəxt köçdü, çünki bütün arzularını - Qarabağı görmək arzusunu reallaşdırdı. Göstərdiyiniz əziyyətə görə çox sağ olun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31