Zəngəzur Kombinatının gəliri azalıb – Rəsmi hesabat açıqlanıb – ÖZƏL
12:03 SiyasətOlaylar.az xəbər verir ki, təxminən bir ay əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında "Ermənistan Elektrik Şəbəkələri" (EŞA) şirkətinin təcili şəkildə dövlətin idarəçiliyinə verilməli olduğunu bildirmişdi. 3 iyulda isə o, bu addımı ictimaiyyətə əsaslandırmaq məqsədilə Zəngəzur Mis-Molibden Kombinatının (ZMMK) qazancı haqqında sosial şəbəkədə paylaşım etmişdi.
"2024-cü ilin nəticələrinə əsasən, bu həftə ZMMK Ermənistan Respublikasının dövlət büdcəsinə 11 milyard 156 milyon dram ödəmişdir. Beləliklə, 2022-ci ildən bu günə qədər Ermənistan 21.87% səhmlər üzrə təxminən 44 milyard 406 milyon dram (113 milyon dollar) dividendlər əldə edib", - deyə Paşinyan qeyd etmişdi.
Bu açıqlama ZMMK-nın dövlət iştirakı ilə çiçəkləndiyi təəssüratı yarada bilər. Lakin kombinatın 2024-cü il üzrə rəsmi maliyyə hesabatı tam əksini göstərir. "Mənfəət və zərər haqqında konsolidə olunmuş hesabat"a əsasən, 2024-cü ildə müəssisənin mənfəəti 2023-cü illə müqayisədə 30 milyard dram azalıb. Belə ki, 2023-cü ildə təxminən 75 milyard 610 milyon dram gəlir əldə olunduğu halda, 2024-cü ildə bu rəqəm 45 milyard 161 milyon drama düşüb.
ZMMK-nın mətbuat katibi də bu məlumatı təsdiqləyib və bildirib ki, mənfəət göstəricilərinə əsas təsir edən amillər dünya metal qiymətləri və hasil edilən filizdəki metalın faiz dərəcəsidir.