Ceyhun Bayramov Gürcüstanın spikeri ilə strateji tərəfdaşlığı müzakirə edib (FOTO)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Bu barədə XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin bütün sahələrdə, o cümlədən parlamentlərarası xətt üzrə inkişaf etməsindən məmnun olduqlarını vurğulayıblar.

Strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi parlament diplomatiyasının, parlament sədrlərinin və nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin parlament dostluq qrupları arasında sıx əməkdaşlığın vacibliyi qeyd olunub.

Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla davam etdirilən əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Xüsusilə, "Orta Dəhliz" üzrə reallaşdırılan birgə təşəbbüslərin və gələcək layihələrin regionun iqtisadi inkişafına və strateji əhəmiyyətinə verdiyi töhfə diqqətə çatdırılıb.

İki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin regionda sabitliyin və qarşılıqlı faydalı inteqrasiyanın möhkəmləndirilməsindəki rolu vurğulanıb.

Görüş zamanı, nazir Ceyhun Bayramov regionda mövcud vəziyyət, xüsusilə postmünaqişə dövründə Azərbaycanın qarşılaşdığı çağırışlar və atdığı addımlar barədə məlumat verib. Bu xüsusda, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.

xxx

15:57

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin gücləndirilməsi, regional sülh və təhlükəsizlikdə parlament diplomatiyasının əhəmiyyəti, qanunvericilik sahəsində əməkdaşlıq vasitəsilə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının dərinləşdirilməsi müzakirə olunub.

Ceyhun Bayramov Gürcüstanın spikeri ilə strateji tərəfdaşlığı müzakirə edib (FOTO) (YENİLƏNİB)
Ceyhun Bayramov Gürcüstanın spikeri ilə strateji tərəfdaşlığı müzakirə edib (FOTO) (YENİLƏNİB)

Ceyhun Bayramov Gürcüstanın spikeri ilə strateji tərəfdaşlığı müzakirə edib (FOTO) (YENİLƏNİB)
Ceyhun Bayramov Gürcüstanın spikeri ilə strateji tərəfdaşlığı müzakirə edib (FOTO) (YENİLƏNİB)
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31