Sosial şəbəkələrdə gəlir qazanmaq vədi ilə dələduzluq edən iki nəfər tutuldu

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17 yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə gəlir qazanmaq adı altında yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 51743 manat pulunu ələ keçiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşlara tövsiyə olunub ki, internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olsunlar, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn ödəniş etməsinlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31