Sərkisyan sərhədlə bağlı məlumatları təkzib etdi

"Sərhəddə atışma olacağı halda, biz rəsmi şəkildə ictimaiyyətə məlumat verəcəyik, lakin hələlik belə bir vəziyyət yoxdur". 

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Müdafiə nazirinin müavini Aram Sərkisyan jurnalistlərə açıqlamasında deyib.

O, jurnalistlərin israrla sərhəddə vəziyyətin narahatedici olduğu və əməliyyat keçirildiyinə dair iddialarına cavabında hər hansı gərginliyin olmadığını vurğulayıb:

"Belə bir şey baş verməyib, bunu əminliklə deyirəm. Əgər olsaydı, məlumatımız olardı. Son zamanlar elə bir hal yaşamamışıq". (Globalinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31