Rafael Hüseynov Lyublyana şəhərinə səfər edəcək
11:05 SiyasətMilli Məclis sədrinin müavini Rafael Hüseynov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 6-da Sloveniya Respublikasının Lyublyana şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Vitse-spiker səfər çərçivəsində Sloveniyanın Nova Qoritsa şəhərində təşkil olunacaq Mehdi Hüseynzadənin xatirəsinə, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı döyüşçülərə və faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının töhfəsinə həsr olunmuş sərgidə iştirak edəcək.
Səfər mayın 8-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31