Deputatlar Zimbabveyə səfər edəcəklər
2 May 12:10 SiyasətMilli Məclisin deputatları, Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Zaur Şükürov və Məzahir Əfəndiyev Zimbabve parlamenti sədrinin dəvətinə əsasən mayın 3-də bu ölkənin Harare şəhərinə səfər edəcəklər. Olaylar xəbər verir ki,
səfər çərçivəsində Milli Məclisin deputatları bir sıra görüşlər keçirəcək, qanunverici orqanlar arasında təcrübə mübadiləsinə və qarşılıqlı münasibətlərin perspektivlərinə dair müzakirələr aparacaqlar.
Səfər mayın 8-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31