Bakıda dünya düzəninin arxitekturası cızılır- ÖZƏL
2 May 10:15 Siyasət"ABŞ, İsrail və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik barədə danışıqlar gedir. İran prezidenti Məsud Pezeşkianın Bakıya səfərindən sonra, yaxın günlərdə İsrail baş naziri Benyamin Netanyahunun Bakıya səfəri təbii ki, bir-birinə bağlı və həlledici səfərlərdir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "May ayında Türkiyə prezidenti cənab Ərdoğanın da Bakıya gəlişi gözlənilir. Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfərindən sonra Bakıya dövlət başçılarının səfərlərinin ardıcıllığı təsadüfi deyil. Çox güman ki, Bakıda İranın taleyi də daxil olmaqla regionlal məsələlər, həm də yeni dünya düzəninin arxitekturası müzakirə edilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31