Netanyahu və Ərdoğanın səfərlərinin üst-üstə düşməsində bir mistika yoxdur- ÖZƏL

"Netanyahu və Ərdoğanın səfərlərinin üst-üstə düşməsində bir mistika yoxdur. Türkiyə və İsrail arasında gərginliyin azalması, iki ölkənin maraq toqquşmalarının fikir uzlaşması ilə əvəz olunması bir ölkə olaraq maraqlarımıza cavab verir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Rafail Becanov deyib: "Türkiyə və Azərbaycan "bir millət, iki dövlət" prinsipi ilə hərəkət edir. Bizim münasibətlərimiz müttəfiqlikdən də ötədir. Bütün məsələlərdə eyni hərəkət edirik. İsrail də Azərbaycanın ən yaxın dostu, haqq işimizdə yanımızda olan ölkədir. Bizi dəstəkləyir, münasibətlər isə çox yüksək səviyyədə qurulub. Bu baxımdan, təbii ki, iki ölkə arasında münasibətlərin normallaşması, gərginliyin azalması, fikir ayrılıqlarının uzlaşdırılması maraqlarımıza daxildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31