İtaliyalı deputatlar Xankəndidə olublar

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, mayın 1-də Xankəndinə səfər ediblər. "Olaylar" xəbər verir ki, qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı   rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi  qarşılayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, səfər şərçivəsində parlamentarilər  "Zəfər" meydanında olub, burda görülən işlərlə tanış olublar. Onlar Xankəndidə "Qarabağ" Unversitetini də ziyarət ediblər. Qeyd edək ki, qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31