Pezeşkianın oğlu da Bakıya gəlibmiş - FOTO
14:46 Siyasətİran prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi 28 aprel tarixli səfər yerli və xarici mediada hələ də müzakirə olunmaqdadır. Xatırladaq ki, Azərbaycanda rəsmi səfəri zamanı Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.
Olaylar.az xəbər verir ki, Məsud Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun böyük oğlu Yusif Pezeşkian da olub.
Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian hazırda İran Prezident Administrasiyası rəhbərinin media üzrə müşaviri və köməkçisi vəzifəsində çalışır. O, həmin vəzifəyə ötən ilin noyabrında təyin olunub. Y.Pezeşkianı bu vəzifəyə Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi təyin edib. (Bakupost.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31