Azərbaycan mühüm geostrateji mövqeyə və zəngin təbii resurslara malikdir- ÖZƏL

"Müasir dünyada Azərbaycan və İran kimi coğrafi baxımdan bir-birinə yaxın dövlətlərin strateji əməkdaşlığı regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında, qarşılıqlı faydalı iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Hər iki ölkə mühüm geostrateji mövqeyə və zəngin təbii resurslara malikdir. Son illərdə Azərbaycan-İran münasibətləri yeni, daha fəal inkişaf mərhələsinə qədəm qoyub. Bu kontekstdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi səfəri məhsuldarlığı ilə seçildi. Prezidentlərin görüşündə siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu.

İranın da bu münasibətlərin inkişafına göstərdiyi siyasi iradə mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqazın geostrateji önəmini nəzərə alaraq, regionda siyasi dialoq mühitinin qorunması xüsusi aktuallıq daşıyır. Azərbaycan və İran arasında səmimi və etimada əsaslanan dialoq mövcuddur. Tarixi bağlılıqları olan bu iki dövlət əlaqələrini həm də müasir çağırışlar fonunda qurur və inkişaf etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31