İran-Azərbaycan münasibətləri möhkəm təməl üzərində inkişaf edir- ÖZƏL

"İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın böyük heyətlə ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində mühüm sənədlərin imzalanması bir daha təsdiq edir ki, dövlətlərarası münasibətlər möhkəm təməl üzərində inkişaf edir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatlarla çıxışı zamanı ölkəmizin Prezidenti İlham Əliyev xüsusi ilə Azərbayca-İran dostluğuna, qardaşlığına toxunaraq, bildirib ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31