Azərbaycan-İran dövlətlərarası əlaqələri yüksək səviyyədədir- ÖZƏL
14:18 Siyasət"Dərin tarixi köklərə malik Azərbaycan - İran münasibətləri bu gündə inkişaf edir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın böyük heyətlə Azərbaycana rəsmi səfəri əlaqələrimizin lazımi səviyyədə olmasının təzahürü oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatlarla çıxışı zamanı ölkəmizin Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu səfər Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. Dövlət başçımız iki ölkə arasında həm coğrafi, həm də mənəvi bağlılığın dərinliyini nümayiş etdirərək, bildirib ki, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.
Azərbaycan Respublikası İran İslam Respublikası ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir".