ABŞ: Rusiya və Ukrayna irəliləyiş göstərməzsə, vasitəçilikdən çəkiləcəyik – ÖZƏL

Əgər Rusiya və Ukrayna arasında sülh danışıqlarında irəliləyiş əldə olunmazsa, Amerika Birləşmiş Ştatları bu prosesdəki vasitəçi rolundan imtina edəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs, dövlət katibi Marko Rubionun fikirlərinə istinadən bəyanat verib.

"Dövlət katibi mənə yaxın zamanda bu vəziyyətlə bağlı bir şey dedi. Hazırda elə bir mərhələdəyik ki, hər iki tərəf münaqişənin necə həll olunacağına dair konkret təkliflər təqdim etməlidir. Bizim növbəti addımlarımızla bağlı qərarı prezident verəcək. Əgər irəliləyiş olmazsa, biz vasitəçi kimi bu prosesdən çıxacağıq", - deyə Temmi Brüs bildirib.

Onun sözlərinə görə, Ağ Ev qısa müddətli deyil, tam atəşkəsin tərəfdarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31