Azərbaycan və İsrail strateji tərəfdaş ölkələrdir- ÖZƏL 

"Azərbaycanla İsrail arasında münasibətlər tarixin ən yaxşı dövrünü yaşayır. Ümumiyyətlə, Azərbaycan İsraillə bu qədər yaxşı münasibət quran nadir müsəlman ölkələrindəndir. Əslində, bu, bir çox baxımdan müsbət haldır".
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib:

"İki ölkə arasında hərbi, iqtisadi, sosial və diplomatik baxımdan ciddi əlaqələr mövcuddur. Həmçinin hər iki ölkə bir-birinin strateji tərəfdaşıdır. Bu baxımdan da ölkələri dini, mədəni və tarixi dəyərlər də birləşdirir. Söhbət Azərbaycanda min ildən artıq bir tarixə sahib olan yəhudi icmasından gedir. Azərbaycanda yəhudilər bu günə qədər heç vaxt dini və ya etnik diskriminasiyaya məruz qalmayıblar. İsrail də bütün bunların fərqindədir və bunu yüksək qiymətləndirir. Hesab edirəm ki, iki ölkə arasında münasibətlərin inkişafı baxımından bu səfər mühüm əhəmiyyət daşıyır. Münasibətlər, əlbəttə ki, bundan sonra da inkişaf edəcək. Tərəflər arasında əməkdaşlıq perspektivləri çoxdur və düşünürəm ki, bu, davam edəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31