Regionda təhlükəsizliyin təmin olunması vacib şərtdir- ÖZƏL
11:54 Siyasət"Tamamilə məntiqlidir ki, İran-ABŞ və İran İsrail münasibətlərində son zamanlar müşahidə olunan yumşalmalar fonunda Prezident Məsud Pezişkianın Azərbaycana səfərinə həm də regionda təhlükəsizliyin təmin olunmasına yeni bir dəstək və əhəmiyyətli addım kimi baxmaq lazımdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bildiyiniz kimi, rəsmi Bakı bu münasibətlərin normal məcraya yönəldilməsi üçün Bakının müzakirə platforması kimi öz imkanlarını təqdim etməyə hazırdır. Azərbaycan və İran prezidentləri arasında məhdud və geniş tərkibli görüşdən, Birgə Bəyanatın və iki ölkə arasında bir sıra sahələrə dair sənədlərin imzalanma mərasimindən sonra prezidentlərın mətbuata bəyanatlarında əks olunan müddəalar və tezislər də həm də bu ortaq hədəflərə nail olunmasına hesablanıb. Düşünürəm ki, Azərbaycan-İran münasibətlərini müxtəlif rakurslardan təhlil etdikdə bu əlaqələrin bütövlükdə Cənubi Qafqaz və Xəzəryanı bölgələr üçün necə böyük əhəmiyyət daşıdığına əmin olarıq".