Azərbaycanla Çin milli maraqlara aid məsələlərdə həmrəylik nümayiş etdirirlər- ÖZƏL
30 Aprel 10:49 Siyasət"Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər zamanı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" xüsusi əhəmiyyətə malikdir. Məhz bu sənədin imzalanması ilə ölkələrimiz arasında münasibətlər indiyədək olduğundan daha yüksək səviyyəyə qaldırılmış oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Diqqətəlayiq haldır ki, Azərbaycan ilə Çin milli maraqlara aid məsələlərdə hər zaman həmrəylik və dostluq nümayiş etdirirlər. İmzalanmış Birgə Bəyanatda ikitərəfli əlaqələrin geniş gündəliyi öz əksini tapıb. Vacıb məqamlardan biri də budur ki, ölkələrimiz daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirlər.
Birgə Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir. Hazırda Azərbaycan ilə Çin arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq getdikcə genişlənir. İndiyədək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar"