Pezeşkian daha səmimi münasibəti ilə seçilir- ÖZƏL

"Pezeşkian İranın əvvəlki hökumət rəhbərlərindən fərqli olaraq Azərbaycan Respublikasına münasibətində daha səmimi münasibəti ilə seçilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bakıda da özünü doğma sayır, Təbrizdə olduğu kumi qürurla Azərbaycan dilində danışır, hər fürsətdə xalqlarımızın birgə tarixi köklərini, oxşar milli-mədəni dəyərlərini önə çəkir, ölkələrimiz və xalqlarımız arasında dost, qohum və qardaş münasibətlərinin inkişafına rəğbətini ifadə edir. Şübhə yoxdur ki, İki ölkə arasında formalaşmaqda olan bu müsbət tendensiya ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılıqlı münasibətlər müstəvisində yürütdüyü praqmatik siyasət nəticəsində mümkün olmuşdur. Məhz onun dəqiqliklə hesablanmış diplomatik addımları və müdrik yanaşmaları sayəsində bu gün biz İran və Azərbaycan hökumətləri arasında əməkdaşlıq tellərinin möhkəmlənməsinə şahidlik edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31