Azərbaycan hökumətinin göstərdiyi dəstək QHT-lərin öz inkişaf istiqamətlərini daha aydın görmələrinə kömək olacaq - Nigeriyalı fəal
14:20 SiyasətAzərbaycan hökumətinin göstərdiyi dəstək QHT-lərin öz inkişaf istiqamətlərini daha aydın görmələrinə kömək olacaq.
Bunu Nigeriyadan olan iqlim dəyişikliyi fəalı Olumide İdovu Qlobal Cənub QHT platformasının Bakıda keçirilən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə,COP29-dan başlayaraq Azərbaycanın Qlobal Cənub ölkələrinin QHT-lərinin inkişafına verdiyi töhfə ölkənin bu istiqamətdəki aktiv fəaliyyətinin təsdiqi olub.
"Mən əminəm ki, bu Azərbaycanın QHT-lərin Qlobal platformasında sədrliyini davam etdirməsi üçün tutarlı əsas olacaq. Bizim üçün innovasiyaların təşviqi və bütün dünya üzrə vətəndaş cəmiyyətləri arasında əməkdaşlığı möhkəmləndirmək üzrə səyləri davam etdirmək son dərəcə vacibdir", - deyə İdovu qeyd edib.
O əlavə edib ki, cari konfransın nəticələri onun bundan sonra da inkişaf etdirilməsinin vacibliyini nümayiş etdirib.
"Bu gün biz görürük ki, bir çox təşkilatlar öz rol və tapşırıqlarını aydın şəkildə müəyyənləşdirməlidirlər. Eyni zamanda, Azərbaycan hökumətinin dəstəyi bizim hansı istiqamətdə irəliləməli olduğumuzu anlamaqda bizə kömək olacaq. Biz əsas diqqəti sıx tərəfdaşlıqların qurulmasına yönəltməliyik - elə bir tərəfdaşlıq ki, yerli ictimaiyyətlərin daha aktiv cəlb olunmasına kömək etsin", - deyə İdovu bildirib.