Bu gün dövlətimizin qüdrətli bir ölkəyə çevrilməsinə nail olmuşuq
12:33 Siyasət"Cəmiyyətə açıqlanmayan, ancaq ehtiyac halında həyata keçirilən fövqəladə tədbirlər dövlət idarəçiliyində məxfi, yəni ictimaiyyətə açıq olmayan müəyyən səlahiyyətlərə, xüsusi səlahiyyətə malik olan şəxslərlə strateji planlamalar adlanan, dövlətin əsasını təşkil edən idarəçilik sisteminə aiddir. Bu sistem bütün ölkələrdə - dünyada özünü dövlət kimi tanıyan ölkələrin istifadə etdiyi, milli təhlükəsizliyin, diplomatik maraqların, ictimai asayişin və xalqın milli maraqlarının qorunması üçün bir metoddur". "Olaylar" xəbər verir ki, bunu "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, siyasi ekspert Ramil Hüseynov deyib: "Dövlət maraqlarında güzəşt etmək, milli maraqlardan geri çəkilmək anlayışı bu günkü diplomatik xəttimizə və idarəçilik sistemimizə yaddır. Müdafiə strategiyasının təşkili, terror təhlükəsinə qarşı planlar, ikitərəfli və çoxtərəfli danışıqlarda üstünlük qazanmaq, strateji dövlət investisiyaları, maliyyə bazarlarına nəzarət - bütün bunların həyata keçirilməsi və indiki yeni dünya landşaftında toqquşan maraqlar fonunda ölkəyə uğur gətirən addımlar atmaq çox mürəkkəb bir siyasi prosedurdur.
Bu gün biz dövlətimizin suveren, bütöv, azad, müstəqil, qüdrətli bir ölkəyə çevirərək siyasi-iqtisadi dayaqları möhkəmləndirmişik. Təbii ki, burada çatışmayan nüansları, individual yanaşmaların nəticəsi olaraq neqativ mənzərəni görə bilərik və bundan heç kim məmnun deyil. Lakin bu xırda nüanslardan istifadə edərək dövlətin əleyhinə, guya xalqın mövqeyini dəyişməyə cəhd edənlər artıq nə qədər pis əməllər varsa, hamısından istifadə edirlər".