Dövlət başçılarının bəyənatında münasibətlərin bu günü və gələcəyinə dair prinsipial məsələlər əksini tapıb - ÖZƏL
10:51 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə danışıqlardan və sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında iki qonşu ölkə arasında münasibətlərin bu günü və gələcəyinə dair prinsipial məsələlər əksini tapıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Onlardan biri Şimal-Cənub dəhlizidir. Bununla bağlı olaraq cənab Prezidentimizin söylədikləri aşağıdakı fikirlər görülmüş və görüləcək işlərdən xəbər verir:
"Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq".