Köçəryandan ŞOK: Ermənilər onları ilk dəfə Aprel döyüşlərində gördü…

"2020-ci ildə 44 günlük müharibə başladıqdan sonra artıq üçüncü gün mən Qarabağda idim və iki həftə orada qaldım".

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

O, müharibə zamanı qondarma rejimin "prezidentləri" olmuş, hazırda Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham edilən Bako Saakyan və Arkadi Qukasyanla görüşdüyünü söyləyib:

"Mən onlardan Araik Arutyunyanla görüşümü təşkil etmələrini istədim. Araikə müharibənin dayandırılması üçün hər şeyi etməyə hazır olduğumu demək istəyirdim. Çünki Ermənistan hazır deyildi, döyüşlərin davam etdiyi hər gün daha böyük problemlər olacaqdı. Lakin o zaman Arutyunyan mənimlə bir araya gəlməyi rədd etdi. O, "Köçəryanla görüşsəm, baş nazir Nikol Paşinyan məni məhv edəcək", - deyib. Bu sözləri isə mənə Bako Saakyan çatdırmışdı".

Köçəryan müharibədə istifadə olunan dronları ilk dəfə 2016-cı ildə Aprel aprel döyüşlərində gördüyünü qeyd edib:

"Biz o döyüşlərdən ciddi nəticələr çıxarmalı idik. O zaman biz dronları ilk dəfə görürdük, indi isə hər yerdə istifadə edilir, məsələn Ukraynada davam edən müharibədə də görürük. Biz zenit raket kompleksləri almalı idik. 2016-cı ildəki döyüşlər qısa çəkdiyi üçün bizim üçün çox ağır nəticələri olmadı. Amma uzun davam etsəydi, nəticə fərqli olacaqdı. İndi isə hər şeyi Bakıya güzəştə getməyə başlamışıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31