Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi - VİDEO

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.

İran Prezidentini Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müşayiət edib.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Eldar Əzizov şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verib. Bakı meri Pezeşkiana paytaxtda qeyri-rəsmi 3,5 milyon əhalinin olduğunu bildirib. Bu isə İran Prezidentinin təəccübünə səbəb olub.

Həmin anın videosunu təqdim edirik:

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31